• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 12.07.2017 22:56

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Bakı-Quba- Rusiya federasiyası dövlət sərhəddi avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Vəlvələ kənd sakini 30 yaşlı  Qismət Ağakişiyev Mersedes markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.Bədən xəsarətləri alan sürücü Quba Rayon Mərkəzi xəstəxanasına gətirilib. Ona ağır kəllə beyin travması, III dərəcəli koma diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, Qismət Ağakişiyev bu gün günorta saatarında tibb müəssisəinin reanimasiya şöbəsində keçinib. 

Suraxanı rayonunda da yol qəzası baş verib. Hadisə aeroport yolunda qeydə alınıb. "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "Azəravtoyol"a məxsus "KamAZ" markalı su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.

Qəza zamanı xəsarət alan sürücü 31 yaşlı Cabir Hüseynov xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatını xilas edə biliblər. Faktlarla bağlı araşdırmalara başlanılıb.