İnzibati xətalar məcəlləsində 2012-ci ildən zibili tutumlardan kənara atanlara qarşı cərimə nəzərdə tutulur. Buna baxmayaraq Gəncə sakinləri zibil və qutularla düzgün davranmırlar. Məişət tullantılarını qutulara deyil, kənara, ya da ki həyətə, küçəyə, qapı önünə atılır. Problem Gəncə şəhər fəallarının yığıncağında müzakirə edilib. Qərara alındı ki, bunun qarşısının alınması üçün cərimələr tətbiq edilsin, hara gəldi zibil atanlar cəzalandırılsın. Zibil qutularının sayı isə artırılacaq. Şəhər ərazisində tutumlar arası məsafə 100 metrdən çox olmamalıdır. diqqətdə olan digər məsələ isə şəhər ərazisində mal-qara saxlanılması ilə bağlı olub
Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı:Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 saylı qərarı var. Cəriməni kim yazmalıdır? Baytarlıq xidməti, icra nümayəndəsi. Riayət olunmasa çox ciddi ölçü götürüləcək!
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, şəhərdə hələ də mal-heyvan saxlayanlara rast gəlinir. Bu hal xüsusən də isti yay günlərində əhalinin haqlı narazılığına səbəb olur. Odur ki, şəhərdə mal-qara saxlayanlar da cəzalandırılacaq. Aktual məsələlər arasında yas mərasimlərində ehsanın verilməsi olub.
Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı:Əzizi, doğması rəhmətə gedir, o qalır kənarda, yazıq başlayır dana, inək axtarışına. Fikri qalır orada ki, mən nə edim qonşudan geri qalmayım, ayıbdır. Kimliyindən asılı olmayarq nümunə olmalıdır. Çay, qənd, xurma olmalıdır yalnız.
Sadalanan məsələlərlə bağlı təbliğat və maarifləndirmə işləri davam edəcək. Gəncə fəalları M.Ş.Vazeh muzeyinə eksponatların toplanması məsələsini də müzakirə edib.
- Baxış: 471