KepezTV Player
Masallıda toyda olan ailənin evindən pul və qızıl-zinət əşyaları oğurlanıb. Hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxlər axşam saatlarında qəsəbə sakini Əliəşrəf Səfərova məxsus evə daxil olaraq qarət ediblər. Ailənin evdə olmadığından istifadə edən oğrular oradan 6000 manata yaxın dəyəri olan qızıl-zinət əşyaları və 850 manat pul oğurlayıblar. Ev sahibləri oğurluq hadisəsindən işitrak etdikləri toy mərasimindən qayıdandan sonra xəbər tutublar. Masallı polisi hadisəni törədən şəxs və ya şəxsləri axtarır.
- Baxış: 440