• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 11.07.2017 23:01

Bir nəfər öldü, üç nəfər yaralandı

KepezTV Player

Sabirabadda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə rayonun Sarxanbəyli kəndi ərazisində baş verib. Elə həmin kənd sakinlərinin idarə etdiyi minik vasitələri toqquşub. 37 yaşlı Vüsal Abdullayev “Motosiklet”lə hərəkətdə olarkən 34 yaşlı Emil Dövlətovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub. Avtoqəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ağır vəziyyətdə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən “Motosiklet”in sürücüsü əməliyyat zamanı dünyasını dəyişib. Yaralılardan üçü-Sarxanbəyli kənd sakinləri-Ramin Əliyev qapalı-kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, Rəşad Əliyev sol bud sümüyünün əzilməsi, Tural Məmmədov isə çanağın əzilməsi diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirlib. Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.