• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2353
— 11.07.2017 22:40

Restoranda yanğın olub

KepezTV Player

Cana gələn mala gəlsin deyirik...Amma bəzən bu mal illərin əziyyəti hesabına başa gələn ev-ocaq olur...Anidən başlayan alovun külə döndürdüyü ev...Bu dəfə restoran da alova qərq olub.

Paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranda yanğın olub. Yanğın restoranın mətbəxindən başlayıb. Hadisə yerinə dərhal FHN əməkdaşları cəlb olunub. Obyektdə olan işçilər təxliyyə edilib . Alovun qarşısı qısa zaman ərazində alınıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

İmişlidə isə fərdi yaşayış evi yanıb. Hadisə rayonun Otuziki kəndində qeydə alınıb. Kənd sakini Saləddin Cəfərova məxsus evdə balon qazından başlayan alov qısa müddətdə güclənərək ümumi sahəsi 190 kvadratmetr olan 5 otaqlı evi cənginə alıb. Nəticədə evin 4 otağı 160 kvadratmetr sahədə, yanar konstruksiyalar və ev əşyaları ilə birgə külə dönüb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. Evin qalan hissəsi yanğından müahfizə olunub. Hadisə zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Faktlarla bağlı araşdırmalar aparılır.