• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 11.07.2017 14:18

“Qarabağ” “Samtredia”yla qarşı-qarşıya

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulacaq. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

11 iyul
II təsnifat mərhələsiniin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)
Baş hakim: Mete Kalkavan
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

ORXAN CƏFƏRZADƏ