• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 11.07.2017 17:10

Gəncədə veteran futbolçuların yubileyi keçirilib

KepezTV Player

Zakir Süleymanovun anadan olmasının 80, Tofiq Əliyevin isə 70 illiyi təmtəraqlı şəkildə qeyd olunub. Hər iki sima Gəncənin ölkə futboluna bəxş etdiyi tanınmış və öz işi ilə ad qazanmış mütəxəssislərdəndir. Süleymanov “Dinamo” Kirovabadda, Əliyev “Metallurq”da futbolumuzun inkişafına töhvələr verib. Uzun illər yorulmaz xidmətlərinə görə dəfərlərlə mükafatlara layiq görülüblər. Elə idman ictimaiyyətinin qatıldığı yubiley tədbirində iştirak edənlər də onların keçdiyi futbol yolundan bəhs edərək fəaliyyətlərinə dəyər veriblər. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və Gəncə Futbol Veteranları Birliyinin sədri Müzəffər Qasımov doğum gününü qeyd edən veteranlara xatirə hədiyyələri verib.

“Kəpəz” PFK-nın icraçı direktoru Cabir İbrahimov da yubilyarlara təbriklərini çatdıraraq veteranlarla qürur duyduqlarını söyləyib. Daha sonra İbrahimov Zakir Süleymanov ilə Tofiq Əliyevə təbrik diplomları və klubun geyimlərini təqdim edib.

AZAD RƏFİ