• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1915
— 10.07.2017 23:47

Gəncə sakini döyülərək öldürüldü

KepezTV Player

Ötən gün Kəpəz rayonunun Abbas Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 39 yaşlı Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Aparılan əməliyyat tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən 23 yaşlı Eldəniz Məmmədov saxlanılıb. Saxlanılan şəxsin sözlərinə görə, Orucov onun atasını söyüb. Buna görə də aralarında dava düşüb və Məmmədov ona yumruq vurub. Çay evlərinin birində baş verən mübahisədən sonra Ramin Orucov “Sərçə bazarı” adlanan ərazidə ölüb.  Faktla bağlı Gəncə şəhər Prokurorluğunda 126.3  (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.