• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1153
— 10.07.2017 22:46

Kütləvi davada iki nəfər yaralandı

KepezTV Player

Gəncədə kafelərdən birində kütləvi dava olub. Olay şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Hadisə zamanı xəsarət alan Gəncə sakini,  35 yaşlı Münasib Kərimov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Dava zamanı Kərimovun əmisi oğlu da yüngül xəsarət alıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.