• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 10.07.2017 23:09

Kürəkən qaynanasını bıçaqladı

KepezTV Player

Gəncədə kürəkən qaynanasını bıçaqlayıb. Belə ki, Şəmkir rayon Əliyaqublu kənd sakini, 51 yaşlı  Səltənət Nəsirova Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızıgilə qonaq gəlib Aralarında yaranan münaqişə zəminində kürəkən qaynanasına bıçaqla xəsarət yetirib. Qadın bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona yardım göstərilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mehman Hüseynov - həkim: Daxil olan xəstənin üzərində çoxsaylı deşilmiş-kəsilmiş yaraları olan xəsarətlər vardı. Xəsarətlərdən biri dəlib keçən digərləri isə kor yaralardır. Xəstənin ümumi vəziyyəti stabildir. Hal-hazırda şöbədədir. Yaralar işlənilib. Müalicə davam etdirilir.