• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 10.07.2017 17:50

Göygöl Olimpiya İdman Kompleksi bu dəfə Sindo-ryu və Pençak Silat Federasiyasının Azərbaycan birinciliyi və çempionatına ev sahibliyi edib

KepezTV Player

Göygöldə ilk dəfə təşkil olunan yarışın açılış mərasimində bu idman növünün dünyadakı mövqeyindən və ölkəmizdəki inkişaf mərhələsindən söz açılıb. Daha Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti vəzifəsinə yeni təyin olunan Ceyhun Əşrəfova sertifikat təqdim olunub.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan 11-ci respublika çempionatı və birinciliyində 18 şəhər və rayondan olan komandalar iştirak edib. Mükafatlar uğrunda mübarizələrdə 140 döyüşçü 8 çəki dərəcəsində mübarizə aparıb.

Yarışın sonunda mükafatçılara fəxri fərman, medal və kubok təqdim olunub.

Qeyd edək ki, pençak-silatın qədim tarixə malik döyüş növü kimi vətəni İndoneziya sayılır. Dünyada pençak-silat təkcə idman növü deyil, incəsənət və yaşam tərzi olaraq da geniş yayılıb.

Azad Rəfi