• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 10.07.2017 02:58

Goranboyda yol qəzası baş verib, xəsarət alan var

Hadisə  Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Soğan yükü ilə dolu olan “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza nəticəsində sürücü, Gəncə sakini, 51 yaşlı Qərib Əliyev və onun sərnişini  xəsarət alaraq xəstəxanaya aparılıb. Sürücünün vəziyyətinin ağır olduğu, sərnişinin yüngül yaralandığı bildirilir.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.