• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 07.07.2017 23:15

12 000 ədəd siqaret aşkar olunub

KepezTV Player

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib. Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Famil Əliyevin etibarnamə ilə idarə etdiyi "İkarus" markalı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.Baxış zamanı Bakı şəhərinə aparılması üçün Azərbaycan Respublikasının vətəndaşı Vüsal Bayramova təhvil verilmiş, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilmiş və üzərində aksiz markası olmayan 12 000 ədəd xarici markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.