• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 07.07.2017 22:48

Cana və mala ziyan dəydi

KepezTV Player

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində, "Sədərək" ticarət mərkəzinin yaxınlığında qəza qeydə alınıb. "Dewoo" markalı avtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 53 yaşlı Sabir Məmmədov , 31 yaşlı Elşad Nəcəfov, 38 yaşlı Rəşid Fuadov və 47 yaşlı Vüqar Məmmədov ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Minik avtomobili yararsız hala düşdüyündən cərimə meydançasına aparılıb.Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 142-ci klometrliyində, Şəkinin Zəyzid kəndi ərazisində də yol qəzası olub. 63 yaşlı Malik Məhərrəmovun idarə etdiyi VAZ-21011 markalı avtomobillə 37 yaşlı Qoşnalı Mahmudovun idarə etdiyi iri tonnajlı yük avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan Malik Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-yə çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxs sağ boyun nahiyəsindən kəsilmiş-cırılmış, sol mil bilək oynağında boğaz nahiyyəsindən kəsilmiş-cırılmış yara alıb və hemoraqik şok vəziyyətinə düşüb. Xəstə əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir. Yük avtomobilinin sürücüsü Qoşnalı Mahmudov iddia edir ki, digər sürücü içkili olub.Paytaxtın Binəqədi şösesində isə zəncirvari qəza baş verib. Belə ki, 3 nəfər avtomobillərini mağaza qarşısında saxlayıb alış-veriş etmək üçün obyektə daxil olub. Bu zaman həmin ərazidən keçən başqa bir avtomobil idarəetmədən çıxıb və yol kənarında dayanan maşınlara çırpılıb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələri yararsız hala düşüb.Faktlarla bağlı araşdırmalar aparılır.