KepezTV Player
Müştərilərlə kafe sahibinin mübahisəsi kütləvi davaya səbəb olub. Hadisə paytaxtın Yasamal rayonunda, Əbdürrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafe sahibi Taleh Həsənov 4 müştəri ilə əlbəyaxa dava edib. Hadisə zamanı iki nəfər xəsarət alıb, kafedəki əşyalar sındırılıb. Olay barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumat verilib. 3 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 663