• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2102
— 07.07.2017 22:17

Xiyar toplamaq istəyəndə ilan sancdı

KepezTV Player

Cəlilabad rayonunun Axtaxana kəndində ilansancma hadisəsi qeydə alınıb. Kənd sakini Rasim Sadıqov həyətyanı sahədən xiyar yığarkən kol altında olan ilan onun sol əlinin barmaq nahiyəsindən sancıb. O, yaxınları tərəfindən dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub və digər tədbirlər görülüb. Hazırda Rasim Sadıqovun  vəziyyəti  orta ağır olaraq qalır.