• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 06.07.2017 23:08

Əsgərliyi bitirib evə gəlirdilər...Qəzada 3 nəfər öldü

İki qardaş hərbi xidmətdən dönən qohumlarını evlərinə aparıb şadyanalıq edəcəkdilər. Ancaq ömür vəfa etmədi...Daha doğrusu dəhşətli ailə faciəsinə səbəb olan yol qəzası...Hadisə ötən gecə Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində  baş verib.İçərisində 4 nəfərin olduğu “Daewoo” markalı minik maşını hərəkətdə olarkən yol kənarındakı yanacaqdoldurma məntəqəsində növbədə dayanan  “Shacman” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə sürücü, 26 yaşlı Rövşən Hacızadə  və onun 24 yaşlı qardaşı Üzeyir Hacızadə, onların xalası oğlu, hərbi xidməti başa vurub qayıdan Həsən Həsənov dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Minik avtomobilində sıxılmış vəziyyətdə qalan cəsədlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstəxanaya yerləşdirilən Nicat adlı gəncin vəziyyəti isə ağırdır. Həmin şəxs də əsgərliyi evə qayıdırmış.Ölən qardaşlardan Rövşən Hacızadə ailəli olub və bir övladı var. Faktla bağlı araşdırma aparılır.