• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2363
— 06.07.2017 17:39

“Kəpəz” Premyer Liqada qarşıdakı mövsümün hazırlığına başlayıb

KepezTV Player

Komanda Bakıda məşq keçir. Gəncə klubu iyulun 5-dən təlim-məşq toplanışına start verib. Komanda 19 futbolçu ilə məşqlərə başlayıb. Bütün yerli transferlər kollektivə qoşulub. Hələlik gündə bir dəfə hazırlıq keçən komanda Bakıda olacağı müddətdə iki yoxlama oyuna da keçirəcək. İyulun 8-də reallaşacaq matçda “Kəpəz”in rəqibi həvəskar liqasının iştirakçısı “Bakı” olacaq. İyulun 11-də isə gəncəlilər elita təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. 

Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaq. “Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Türkiyədə komandaya 3 legioner qoşulacaq. Qardaş ölkədəki toplanış dövründə dağlılar üç yoxlama oyununa çıxacaq.  Nizami yurdunun təmsilçisi iyulun 20-də, 22-də və 24-də sınaq görüşləri keçirəcək. 

Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək. 

AZAD RƏFİ