• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 06.07.2017 17:38

Bu gün futbol üzrə Avropa Liqasında ikinci təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Təmsilçilərimizdən “Zirə” ilk mərhələnin cavab görüşünü Lüksemburqda keçirəcək. Qartallar bu ölkənin “Differdanj” klubunun qonağı olacaq. İlk qarşılaşmada Bakıda 2:0 hesabı ilə qalib gələn “Zirə” rəqib meydanında bu üstünlüyü əldən verməməyə çalışacaq. 

Növbəti mərhələ arzusunda olan digər komandamız “İnter” isə  öz meydanında “Mladost”la qarşılaşacaq. Paytaxt kollektivi Serbiyadakı ilk oyunda 3:0 hesablı qələbə qazanıb. Bu səbəbdən də Zaur Svanadzenin komandası ikinci mərhələyə yüksəlməyə çox yaxındır. 


Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
6 iyul

21:00. “Differdanj” (Lüksemburq) - “Zirə” (Azərbaycan) 
İlk oyun - 0:2
Baş hakim: Boris Marhefka
Yan xətt hakimləri: Tomas Vorel, Yan Pozor 
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Differdanj. “Munisipal”

21:00. “İnter” (Azərbaycan) - “Mladost” (Serbiya)
İlk oyun - 3:0
Baş hakim: Mykola Balakin
Baş hakimin köməkçiləri: Volodimir Volodin, Oleksandr Korniyko
Dördüncü hakim: Anatoli Zhabchenko (hamısı Ukrayna)
Bakı. “Dalğa Arena”

ORXAN CƏFƏRZADƏ