Bu günə xəbərlərin oxunma sayı: 1413
— 06.07.2017 17:37

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

Ötən ayla müqayisədə millimiz 4 pillə geriləyib. Komandamız  427 xalla 80-ci yerdə qərarlaşıb. Millimiz ötən ay DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduğu üçün reytinqdə geriləyib.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1609 xalla 1-ci,  Şimali İrlandiya 897  xalla 22-ci,  Çexiya 714 xalla 40-cı, Norveç 391 xalla 88-ci, San Marino isə 12 xalla 204-cü yerdədi.

Qeyd edək ki, siyahının ikinci pilləsində 1603 xalla Braziliya, üçüncü pilləsində 1413 xalla Argentina qərarlaşıb.

ORXAN CƏFƏRZADƏ