• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 05.07.2017 19:35

Avtomobilində 10 kq-dan artıq narkotik vasitə gizlətdi

KepezTV Player

Binəqədi Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ağaxan Hüseynova Binəqədi-Xırdalan yolunda “Vaz 21015” markalı avtomobili idarə edən zaman kobud qayda pozuntusuna yol verdiyi üçün saxlama əmri verilib. Sürücü əvvəlcə yol polisinin qanuni saxlama əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Amma polisin ayıq-sayıqlığı nəticəsində onun cəhdinin qarşısı alınıb. Saxlanılandan sonra Ağaxan Hüseynovun şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən o,avtomobillə birlikdə idarəyə gətirilib.

Qeyd edək ki, sürücünün üzərinə baxış keçirilən zaman əlavə olaraq yüksək psixotrop təsirə malik olan 180 qram metomfetamin həbləri də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.