• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2050
— 05.07.2017 19:32

Həyat yoldaşını döyən kişini qaynı bıçaqladı

KepezTV Player

Paytaxt sakini 41 yaşlı Əsəd Abdullayev həyat yoldaşı ilə mübahisə zamanı onu döyüb. Döyülən qadın övladını da götürərək ata evi - Sarayevo küçəsi, 13 ünvanına gedib, lakin Əsəd Abdullayev sakitləşməyərək həyat yoldaşının atasıgilə gəlib və onu evə aparmaq istədiyini, getməyəcəyi təqdirdə isə bıçaqlayacağını bildirib. Baş verən mübahisə zəminində Əsəd qaynı Elçin Əliyevə bir neçə yüngül bədən xəsarəti yetirib. Yeznəsinin hərəkətlərindən bezən Elçin də onu bıçaqla yaralayıb. Abdullayev 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağırdır. Elçin Əliyev Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.Qeyd edək ki, Əsəd Abdullayev əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.