• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2342
— 05.07.2017 13:56

Göygöldə çağırışçı gənclər ordu sıralarına təntənəli mərasimlə yola salınıb

KepezTV Player

Göygöl rayonunda çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınıblar. Təntənəli mərasimindən əvvəl onlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinə aid fotostendlərlə tanış olublar. Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin rəisi Mayıl Şahverdiyev   çağırışçı gəncləri təbrik edərək, müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğunu söyləyib. Ordunun güclü maddi-texniki bazaya malik olduğu və hərbi hissələrdə şəraitin ilbəil yaxşılaşdığı diqqətə çatıdırılıb. Çağırışçılar komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz veriblər. Rəsmi hissədə ordudan təxris olunan gənclərə hərbi biletlər və qiymətli xatirə hədiyyələri təqdim olunub. Çağırışçı gənclər dövlət bayrağımızı öpməklə sədaqət andı içiblər.

Natiq Hüseyn