DİN-in Hospitalında Hemodializ şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzi yaradılıb. Müasir standartlara cavab verən avadanlıqlar və laboratoriyalar sayəsində xaricdə həyata keçirilən bir çox tibbi prosedurları reallaşdırmaq imkanı yaranıb.Respublika Hospitalının Hemodializ şöbəsi beynəlxalq standartlara cavab verən ən müasir texnika və avadanlıqlarla təchiz olunub. Burada xəstələrin müayinə və müalicəsi, eyni zamanda tibbi personalın rahat şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Binanın ikinci mərtəbəsində yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan foto-guşə, saxlanc-server, analizlərin yığılması və qəbulu otaqları, həmçinin bakterioloji laboratoriya fəaliyyət göstərir. Mərkəzlə tanış olan daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev vurğulayıb ki, əsas məqsəd daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək şəkildə tibbi xidmətin göstərilməsi, xəstəliklərin vaxtında aşkar edilməsidir. Yeni mərkəzin faəliyyətə başlamasıyla burada bütün növ analizlərin həyata keçirilməsi mümkün olacaq və xəstələrin xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayacaq.
Natiq Hüseyn
- Baxış: 836