• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 04.07.2017 16:02

Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda İspaniyada təlim-məşq toplanışındadır

İdmançılar Kastelldefels şəhərində Avropa Cüdo Federasiyasının təşkil etdiyi toplanışda baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər. Toplanışa Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Tural Səfquliyev, Elxan Məmmədov, Zelim Kotsoyev və Uşanqi Kokauri qatılıb. Tatami ustalarımız iyulun 7-də Vətənə qayıdacaq.

Daha sonra hazırlıqlarını Bakıda davam etdirəcək Azərbaycan cüdoçuları iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatında iştirak edəcəklər.

ORXAN CƏFƏRZADƏ