• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 03.07.2017 22:18

Narkotik istifadəçisi və satıcısı saxlanıldı

KepezTV Player

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevin üzərində 1,255 qram marixuana aşkarlanıb. Ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov da müəyyən edilərək tutulub. Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.Sabunçu Rayon Polis İdarəsi  42-ci Polis Bölməsinə isə Nardaran qəsəbəsində yaşayan Aleksandr Babayevin həyətyanı sahəsində çətənə kolları yetişdirdiyi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları qeyd edilən ünvana baxış keçiriblər. Orada 7 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar edilib.Aleksandr Babayevin cinayət əməli bununla yekunlaşmayıb. Belə ki, polis əməkdaşları onun evinə baxış keçirən zaman oradan 1 ədəd pnevmatik tapança və 2 ədəd küstar üsulla hazırlanmış xəncər də aşkar ediblər.Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.