• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2236
— 02.07.2017 13:32

İçərisində bir ailənin 6 üzvünün olduğu avtomobil maneəyə çırpılıb.

KepezTV Player

Hadisə Gəncə-Şəmkir yolunun 2-ci km-də Gəncənin Qərb tərəfdən baş verib. Anar Əliyevin idarə etdiyi “Şevrolet-Avea” markalı minik avtomobili idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı avtomobildə sürücü ilə birlikdə 6 nəfər olub. Hadisə nəticəsində yüngül Anar Əliyev xəsarət alıb. Onun 35 yaşlı həyat yoldaşı Sevinc Əliyeva, anası 65 yaşlı Nazilə Əliyeva və 12 yaşlı qızı Nüranə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.