• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 01.07.2017 15:10

Şəmkirin Kür qəsəbəsəndə əhali ilə görüş keçirilib

KepezTV Player

Ölkədə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətdə gedən proseslərin düzgün qiymətləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin vətəndaşlara aşılanması vacib şərtlərdəndir. Təbliğat işinin gücləndirilməsi məqsəsdi ilə Şəmkir rayonunun müxtəlif yaşayaış məntəqələrində əhali ilə görüşlər keçirilir. Növbəti belə tədbir Kür qəsəbəsində reallaşıb. Son dövrlər ölkədə, eləcə də rayonda həyata keçirilən layihələrdən danışılıb. Yeni yaradılan emal müəssisələrinin fəaliyyəti yüksək qiymətləndirilib. 10 mindən artıq sakini olan Kür qəsəbəsində əhalinin rifahının yaxşılaşdığı, işsizlik probleminin minimuma endiyini diqqətə çatdırılıb. Sakinlər həlli vacib olan bəzi məsələləri də gündəmə gətiirblər. Əsas təkliflər daxili yolların təmiri, məktəb binasının yenilənməsi, uşaq bağçası və qəsəbə xəstəxanasında aparılan təmir bərpa işlərinin sürətləndirilməsi ilə bağlı olub. Görüş zamanı rayonda qonaq olan tarixçi alimlər Şəmkirdə ideoloji işin sürətləndirilməsi ilə bağlı çıxışlar ediblər. Şəmkir və Yenikənd Su Elektrik Stansiyaları Silsilsənin qurulmasında böyük pay sahibi olan qəsəbə ziyalılarının fikirləri yüksək qiymətləndiriblər.

Natiq Hüseyn