Azərbaycan Polisinin yaranmasının 99-u ildönümü münasibəti ilə Daşkəsən rayonunda tədbir keçirilib. Polis əməkdaşları və rayon hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə əbədiyaşar lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Rayon polis şöbəsinin rəisi Fəxrəddin Abbasov şəxsi heyəti təbrik edərək, Azərbaycan polisinin yaranma tarixindən danışıb. Son illər digər regionlarda olduğu kimi, Daşkəsəndə də polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Rayon Polis Şöbəsi üçün müasir inzibati bina və əməkdaşlara yeni xidməti avtomobillər verilib. Daşkəsəndə baş verən cinayət hadisələrinin böyük əksəriyyətinin üstünün açıldığı, cinayətkarların layiqli cəzalarını aldığı təqdir edilib. Çıxışlarda Azərbaycan polisinin sıralarına gənc əməkdaşların cəlb edilməsi müsbət hal kimi dəyərləndirilib. Tədbirdə xidmətdə fərqlənənlərə və polis veteranlarına qiymətli xatirə hədiyyəsi və fəxri fərman təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 2400