• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 30.06.2017 15:02

Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi davam edir

KepezTV Player

AFFA-nın vəsaiti hesabına aparılan işlər demək olar ki, ekvator xəttindədir.

Arenanın əsas meydançasında görülən işlər SİS şirkəti tərəfindən aparılır. İrlandiya şirkəti bu sahədə Avropada ən peşəkar şirkətlərdən sayılır. Qitənin ən tanınmış arenalarında qazonların salınması məhz SİS-in üzərindədir. Bu şirkətdə Hollandiya, Türkiyə və Rusiyadan olan ixtisaslaşmış mütəxəssislər çalışır. Elə Gəncədə görülən işlərdə də bu ölkələrdən olan peşəkarlar iş başındadırlar.

Hein van Kooij- hollandiyalı mütəxəssis: “Meydançada eyni vaxtda müəyyən istiqamətli işlər aparılır. Avtomatlaşdırılmış suvarma sisteminin çəkilişi başa çatmaq üzrədir. Bundan əvvəl drenaj sistemini çəkmişik, əsas borunu şəhərin kanalizasiya xəttinə birləşdirmişik. Əraziyə 15 sm qalınlığında şeben vermişik, indi 20 sm qum qatını tökməyə başlamışıq. Daha sonra torfla qumu qarışdırıb, meydana verəcəyik. Bunlar bitdikdən sonra səpin prosesi başlayacaq”.

Şəhər stadionunda qazonun dəyişdirilməsinə may ayının 11-dən startı verilib. İşlərin gedişi haqda “ARB Kəpəz”ə açıqlama verən SİS şirkətinin nümayəndəsi Sinan Öztürk hər şeyin plan üzrə getdiyini bildirib.

Sinan Öztürk- SİS şirkətinin nümayəndəsi: “Proqramımızda hər hansı bir axsama yoxdur. İşləri planlaşdırdığımızdan daha tez başa vurmağa çalışırıq. Çünki getdikcə havalar isindiyinə görə, hər keçən gün bizim üçün önəmlidir. Hətta daha çox çalışaraq tez bir zamanda işləri bitirmək istəyirik”.

Drenaj sistemində əsas işlər yekunlaşdığından suvarılma sistemi ilkin testdən keçirilib. Sahədə ot səpininə isə gələn həftə başlanacaq.

Azad Rəfi