• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 30.06.2017 13:40

22 yaşlı çempion qızın qəzada ölüm anı

KepezTV Player

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə dünyasını dəyişib. Reyhan Məmmədova iti ilə paytaxtın Xətai rayonu Zığ şossesində piyada keçidinin üzərindən keçərkən Əlifağa Məmmədovun idarə etdiyi, sürətlə gələn "BMW" markalı avtomobil onu vurub. Qəzanı ərazidə yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerası lentə alıb. Sürücü bir neçə dəqiqə şok vəziyyətində maşında oturub. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlib. Lakin 22 yaşlı Reyhan Məmmədova hadisə yerində ölüb. Şahidlərin sözlərinə görə, yolda piyada keçidinin olmasına aid nişan keçidə çox yaxın qoyulduğu üçün burada tez-tez qəzalar baş verir. Fakt araşdırılır.

Zülfiyyə Telmanqızı