• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 30.06.2017 13:04

Naftalan şəhərində aşkarlanan ətlər zərərsizləşdirilib

KepezTV Player

Naftalan şəhərində aşkarlanan ətlərin müayinəsi başa çatıb və zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, iyunun 21-də Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Qasımbəyli kənd sakini Mürşüd Əmirxanovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilinə baxış keçirilib. Maşının yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyi aşkar edilib. Ətlərin qida üçün yararlılığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti və qida üçün tamamilə yararsız olduğu müəyyən edilib.
Ət baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboydakı məişət tullantıları poliqonunda zərərsizləşdirilib.

Zülfiyyə Telmanqızı