• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2476
— 30.06.2017 12:58

Narkotik becərən ailənin üzvləri iş başında yaxalandı

KepezTV Player

 

Ailə deyəndə müqəddəs amalların cəmi gəlir ağlımıza. İndi söz açacağımız ailəni isə naqis əməllər birləşdirib. Qaxda narkotik bitkiləri əkib - becərən şəxslər elə iş başında yaxalanıblar.

Balakənin Gərəkli kənd sakinləri, 29 yaşlı Elvin Umayev, atası 55 yaşlı Əli Umayev və onun qızı 32 yaşlı Pirdas Umayeva şübhəli şəxs qismində saxlanılıb. Onlardan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.

Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib. Dünən isə Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədilə Qaxa gətirib. Çətənə kollarına qulluq edərkən polis əməkdaşları onları iş başında yaxalayıblar. Elvin Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi açılıb,araşdırma aparılır.

Zülfiyyə Telmanqızı