• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2356
— 30.06.2017 13:22

8 yaşlı uşaq transformatorun içindən ölü tapıldı

KepezTV Player

Lənkəran rayonunun Göyşaban kəndində bədbəxt hadisə baş verib. 8 yaşlı kənd sakini Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıblar. Azyaşlının cəsədi sakinlər tərəfindən kəndin mərkəzində quraşdırılan transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədi ilə onun içinə girdiyi ehtimal olunur. Uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xalid Ağayev -qonşu: “Atası gəzirdi, onun üçün biz də qoşulduq ona. Hardasa saat yarımdan sonra məlumat verdilər ki, uşaq transformatorun içindədir. Sonra getdik transformatorun qapısı açıq şəkildə tok vurub, yandırmışdı onu. Transformator bərbad vəziyyətdədir. Hasara alınmalıdır. Qıfıllanmalıdır. Yoxdur. Kimlər məsuliyyət daşıyırsa ona bir çarə eləməlidir”.

Zülfiyyə Telmanqızı