• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 29.06.2017 18:09

Pəhləvanlarımız Almaniyada 6 medala yiyələnib

Almaniyanın Dortmund şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.


Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52  xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, ötənilki analoji yarışda sərbəst güləşçilərimiz 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olmuşdu. 

Orxan Cəfərzadə