• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 29.06.2017 13:49

Silah satmaq istəyən iş başında yaxalandı

KepezTV Player

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Sadıx Sadıxovun odlu silah satmaq istədiyi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıxov Binəqədi rayonu ərazisində Belçika istehsalı olan "Browings Patent" markalı odlu silahı satmaq istəyən zaman saxlanılıb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl tapdığını və həmin vaxtdan bəri üzərində gəzdirdiyini etiraf edib. Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zülfiyyə Telmanqızı