• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 29.06.2017 14:01

Mədəniyyət evindən 26 ədəd kondisioner oğurlanıb

KepezTV Player

Tovuzun Bozalqanlı kəndindəki mədəniyyət evindən bir neçə gün öncə oğurluq edilib. Ancaq cinayətkar çox da uzağa qaça bilməyib. Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tahir Orucov tutulub. Fakt araşdırılır. 

Zülfiyyə Telmanqızı