• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 28.06.2017 15:26

Şəmkirdə və Samuxda taxıl biçininə start verilib

KepezTV Player

Strateji məhsul sayılan taxılın Şəmkirdə və Samuxda biçininə start verilib. Bu məqsədlə rayon fermerləri aqrolizinqlərlə müqavilə bağlayaraq növbəlilik əsasında biçin kompaniyasına qoşulurlar. Hazırda sahələrdə məhsulun vaxtında və itkisiz yığılması üçün işlər aparılır.

2017-ci məhsul ili üçün Şəmkir rayonunda 13 min 970 hektar ərazidə dənli bitkilərin əkilməsi aparılıb. Bu rəqəmin 8 min hektarından çoxu buğda, 5 min hektarı isə arpanın payına düşür. Bu günə kimi 150 hektar sahədə biçin işləri tam yekunlaşdırılıb, sahələrdən 4 min 350 ton məhsul əldə edilib.

Zeynal Zeynalabdinov- fermer: “Bu il 160 hektar taxıl, 20 hektarda arpa əkmişəm. Məhsuldarlıq yeksəkdir, iqlim şəraiti imkan verir ki, yığımı vaxtında aparaq. Hər hektardan 30-40 sentner məhsul əldə edirəm. 5-10 gün ərzində də bikini yekunlaşdıracağıq, texnika sarıdan da elə bir ciddi problemlərimiz yoxdur”.

Şəmkir,Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarını özündə biləşdirən “Aqroliozinq” ASC-nin Şəmkir rayon nümayəndəliyi balansında olan müxtəlif təyinatlı 329 texnika saz vəziyyətə gətirərək fermerlərin ixtiyarına verib. Nümayəndəlikdən verilən məlumata görə, hazırda kombaynlar və yük daşıyan maşınlar adıçəkilən rayonların aran hissəsində biçini davam etdirir. Biçin kompaniyasını vaxtında və itkisiz aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Rayon İdarəsində isə xüsusi qərargah yaradılıb. Burada rayon fermerlərinin qarşılaşdıqları problemlər aşkar olunaraq vaxtında həlli istiqamətində işlər görülür.

Araz Məmmədov- Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin aqronomu: “Biz hər gün sahələrdə oluruq, zəmilərə baxış keçiririk. Orda olan nöqsanların aradan qaldırılmasına çalışırıq. Bu il fermer təsərrüfatlarında məhsuldarlıq normaldır. Bütün sahələrdə normaya uyğun suvarma aparılıb, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə aparılıb. Hazırda biçin davam etdirilir, sahələrdən normal məhsul gözlənilir”.

2 min 900 hektarda  arpa və 6 min 400 hektarda buğda sahəsində biçin kompaniyasının aparıldığı Samux rayonunda da orta məhsuldarlıq 29.8 sentner qiymətləndirilir. Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, hazırda sahələrdə hüquqi və fiziki şəxslərə məxsus olan
24 kombayn biçin işlərini aparır. Bu il dənli bitkilərin ötən ilə nisbətən qiymətinin artması da fermerlərin ürəyincədir. Hazırda buğdanın kiloqramı 30 qəpiyə, arpanın kiloqramı isə 25 qəpiyə alıcılara təklif olunur.

 

Xaliq Qurbanlı