Bu günə xəbərlərin oxunma sayı: 1431
— 28.06.2017 15:09

Olimpiya çempionu mundialda uduzdu

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Bu gün daha iki idmançımız dayaq üzərinə çıxıb.


Radik İsaev (+87 kq) ilk döyüşündə Mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11). Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə 13:15 hesabı ilə məğlub olan Olimpiya çempionumuz mübarizəni dayandırıb.

Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Yassin Trabelsiyə (TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub.

Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.

Azad Rəfi