Gəncədə sovet dövrünün “Qazlı su” aparatları geri qayıdır. Şəhərin “dəmiryol vağzalı” adlandırılan ərazisində bir neçə müddətdir ki, bu cür aparat quraşdırılıb. Susayan şəhər sakinləri cəmi 10 qəpik ödəməklə həm sərinləyirlər, həm də nostalji hisslər yaşayırlar. Sakinlər bilir, bu ərazidə əvvəllər də bu cür qurğu olub. Onu yenidən bərpa edərək istifadəyə verməksə, elə bu tərəflərdə yaşayan bir şəxsin ağlına gəlib. Kamera qarşısında danışmaq istəməsə də, ideya müəllifi, məqsədinin həm isti yay günlərində sakinlərin sərin suya əlçatanlığını təmin etmək, həm də onlarda nostalji hisslər oyatmaq olduğunu bildirdi...
Akif Quliyev- şəhər sakini: "Biz uşaq vaxtı buna 3 qəpiklik aparat deyirdik. Tez-tez gəlib istifadə edirdik bu aparatdan. İndi yenidən istifadəyə veriblər. Bizi keçmiş günlərə qaytarır".
Hüseyn Quluzadə- şəhər sakini: “Yaxşı aparatdır. Gəlirik, burada dururuq. Ürəyimiz su istəyir, bəzən mağazaya getmək gec olur, elə bu aparatdan istifadə ediirk".
Gülnar Fazilqızı
- Baxış: 1835