• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 27.06.2017 12:32

Bu gün avrokuboklarda yeni mövsümə start veriləcək

Qitə miqyaslı turnirlərdə hökm sürən 23 günlük sükuta Çempionlar Liqasının oyunları ilə son qoyulacaq.

Avrokuboklar hələlik yalnız “zəiflər” üçün start götürəcək. Belə ki, I təsnifat mərhələsində ən aşağı reytinqli 10 çempionatın qalibi çıxış edir. Lakin bu 5 cütün qarşılaşmaları təkcə 10 iştirakçı deyil, həm də onları II təsnifat mərhələsində gözləyənlər üçün maraq doğurur.

Bu mərhələnin ilk qarşılaşmaları iki gün davam edəcək. Qarşılaşmalardan 4-ü bu gün, digəri biri isə sabah keçiriləcək.

Çempionlar Liqası

 I təsnifat mərhələsi, ilk oyunlar

27 iyun

22:00. “Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra)

00:00. “Vikinqur” (Farer adaları) - “Trepça” (Kosovo)

00:00. “Hibernians” (Malta) - “İnfonet” (Estoniya)

00:00. TNS (Uels) - “Europa” (Cəbəllütariq)

 

28 iyun

00:45. “Linfild” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)

Orxan Cəfərzadə