Dünən keçirilən daha iki oyunla FİFA Konfederasiyalar Kuboku 2017-də sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib. B qrupunda keçirilən hər iki oyun da eyni saatda start götürüb. Avstraliya – Çili görüşü heç-heçə nəticələnib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi görüşdə hesabı yaşıl qitənin təmsilçisi pozub. Ceyms Troizi ilk yarının sonuna yaxın komandasını qələbə üçün ümidləndirib. Amma fasilədən sonra Çili yığması fərqi aradan qaldırıb. Martin Rodriges yekun hesabı müəyyənləşdirib – 1:1.
B qrupundan Çili ilə yanaşı, Kameruna qalib gələn Almaniya yarımfinala çıxıb. Bundestim yalnız fasilədən sonra rəqibin müqavimətini qırmağa nail olub. Kərim Dəmərbəylə afrikalıları məyus edən avropalılar Timo Vernerin qolu ilə hesab arasındakı fərqi artırıblar. Oyunun gedişində qırmızı vərəqə ilə meydanda azlıqda qalan kamerunlular Vinsent Abubakarla buraxılan qollardan birinin əvəzini çıxıblar. Amma Almaniya yığması daha bir qol vurmaqla rəqibin bərabərlik arzusunu gözündə qoyub. Yarımfinal oyunları iyunun 28-i və 29-unda keçiriləcək.
25 iyun
B qrupu
19:00. Almaniya – Kamerun - 3:1
Qollar: Dəmirbəy, 48 (1:0), Verner, 66 (2:0), Abubakar, 79 (2:1), Verner, 81 (3:1)
19:00. Çili – Avstraliya - 1:1
Qollar: Troizi, 45 (0:1), Rodriqes, 8 (1:1)
Azad Rəfi
- Baxış: 431