• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 26.06.2017 15:23

Daniel Rikkardo Azərbaycan Qran-prisinin qalibi oldu

Bakının ikinci dəfə ev sahibliyi etdiyi “Formula-1” üzrə Azərbaycan Qran-prisi arxada qalıb. 10 komandadan 20 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla başa çatıb.

Azərbaycan Qran-prisinin qalibi “Red Bull Racinq” komandasından Daniel Rikkardo olub. O, 02:03:55.570 göstərici ilə qalib adını qazanıb.

İkinci yeri “Mercedes” komandasından Valterri Bottas tutub. Üçüncü yerdə "Willams"dan Lens Stroll  qərarlaşıb.

Yarışları Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın canlı izləyib, eyni zamanda ilk “üçlüy”ə düşən pilotları mükafatlandırıb.  

Azad Rəfi