• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 26.06.2017 10:03

Super Mario oyunu real həyatda

Proqramçı Abhişek Sinqx klassik Super Mario Bros oyununun ilk mərhələsini virtual reallıqda yaratmağa nail olub. Buna görə o, əlavə reallıq eynəyi üçün xüsusi proqram hazırlayıb və onun vasitəsilə virtual obyektləri həyatda görmək mümkündür. Müəllif oyunçunun özünü oyunun içində hiss etməsi üçün iki ölçülü obyektlərin həcmini böyüdüb. Sinqx Microsoft Hololens virtual reallıq eynəyi ilə bu qeyri-adi sınaqlarını Nyu-Yorkun Mərkəzi parkında keçirib. Həvəskar yaratdığı mərhələdə oyunun özündə olduğu kimi bir çox maneələri dəf edib. Sonda isə oyunçunu kiçik bir qala gözləyir və o, burada bayrağı qaldırmaqla ilk mərhələnin başa çatdığına işarə edib.

 

Cavanşir Məmmədzadə