• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 26.06.2017 10:02

Virus Honda zavodunda işlərin dayanmasına səbəb oldu

WannaCry virusunun bir aydan çoxdur ki, zərərsizləşdirildiyi güman edilirdi. Həmin vaxt dünya iqtisadiyyatı 1 milyard dollar ziyan görmüşdü. Ancaq virus hələ də təhlükəli olaraq qalıbmış. Belə ki, Yaponiyanın iri avtomobil istehsalçılarından olan Honda Motordan bəyanat yayılıb ki, şirkətin Tokio yaxınlığında yerləşən Sayama şəhərindəki zavodunda işlər bir sutka ərzində dayandırılıb. Baş verə biləcək virus hücumunun qarşısını almaq üçün kompüter təhlükəsizliyi xeyli dərəcədə gücləndirilsə də, WannaCry virusu zavodun şəbəkəsinə daxil olmağı bacarıb. Virus hücumuna məruz qalmış zavodda Hondanın Accord, Minivan, Odyssey və Step Wagon modelləri istehsal edilir. İşin bir gün müddətində dayandırılması nəticəsində şirkətə heç də az ziyan dəyməyəcək. Adıçəkilən virus may ayında Renault-Nissan konserninə də zərər vurmuşdu. Həmin vaxt firma dünyada bütün zavodlarının işini dayandırmalı olmuşdu.

 

Cavanşir Məmmədzadə