• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1752
— 26.06.2017 01:28

Gəncədə 59 yaşlı qadın tut ağacından yıxılıb

Gəncə şəhərində qadın tut ağacından yıxılıb. Şəhər sakini, Gülüstan qəsəbəsində yaşayan 59 yaşlı Gözəl Hüseynova öz həyətində olan tut ağacından yıxılaraq ağır xəsarət alıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansının travmatologiya şöbəsinə gətirilib. Həkimlər qadına onurğa sütunun sınığı diaqnozu qoyub və ona tibbi yardım göstərilib. Palataya yerləşdirilən Gözəl Hüseynovanın vəziyyəti orta ağırdı.

Elnur Vahidoğlu