• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2531
— 24.06.2017 16:33

Gəncədə “İmamzadə” ziyarətgahında iftar süfrəsi açılıb

KepezTV Player

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan münasibətiylə təşkil edilən mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Bəşəri dəyərlərdən qaynaqlanan bu ayın fəzilətlərinin insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin etdiyinə diqqət çəkilib. Dövlətin əsas ideoloji dayağı olan azərbaycançılıq məfkurəsinin milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dini dəyərlərin inkişafındakı roluna toxunulub.

 

Fərid Mehdizadə