• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 24.06.2017 14:58

Qərb regionunda ilk dəfə olaraq bədii gimnastika üzrə Gəncə açıq birinciliyi keçirilir

KepezTV Player

Göygöl Olimpiya İdman Kompleksində baş tutan yarışda 12 komandanın tərkibində 105 gimnast qüvvəsini sınayır. İdmançılar müxtəlif yaş qruplarında ip, halqa, top, lent və gürzlərlə hərəkətlərlə hakimlər qarşısında bacarığını göstərir. Açıq xarakterli olduğundan birincilikdə Gəncə təmsilçiləriylə yanaşı Bakı, Qusar, Şirvan, Sumqayıt və Kürdəmirdən olan gimnastlar da iştirak edir.

 

Orxan Cəfərzadə