Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal görüşləri başa çatıb. Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Şahsuvarlı bu günbaş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.
Orxan Cəfərzadə
- Baxış: 417