• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1245
— 24.06.2017 16:24

Gəncədə əlilliyi olan 10 istedadlı gənc qadının əl işlərindən ibarət sərgi keçirilib

KepezTV Player

Sərgi həm də satış məqsədi daşıyıb.  

Mətanət Quliyeva- əlil: “Bu kimi tədbirlərin təşkil olunması həm maddi cəhətdən, həm də psixoloji cəhətdən bizə yaxşıdır. İlk öncə psixoloji cəhətdən bizdə inam yaradır, cəmiyyətin bizi qəbul olmağını göstərir. Artıq bu tədbirlər, sərgilər vasitəsi ilə cəmiyyətdə alışmağa başlayır ki, biz də bunların bir parçasıyıq”.

Birinci qrup əlil Mətanət Quliyeva Gəncədə təsviri incəsənət ixtisası üztə təhsil alır. Dekorativ tətbiqi sənətlə məşğul olan gənc toxuma ilə də məşğuldur. Sərgi-satışa isə 30-a yaxın əl işi ilə qatılıb. Nümayişdə əlil qadınların yağlı boya ilə çəkdikləri rəsm əsərləri, toxuma ilə müxtəlif təbiət mənzərələri, muncuqla işlənən fiqurlar böyük maraqla qarşılanıb. 200-ə yaxın əl işinin nümayiş olunduğu sərgiyə alıcılar da maraq göstərib.  
Lamiyyə İsazadə- iştirakçı: “Əlimdə gördüyünüz Mətanət Qüdsinin əl işidir. Çox bəyəndim və həqiqətən almasam olmazdı. Bütün əl işlərini bəyəndim. Bunun evimin ən gözəl guşəsinə yerləşdirəcəm. Çünki çox dəyərli bir əl işidir. Mən bütün hər kəsi dəvət edirəm ki, bu cür əlilliyi olan gənclərə dəstək olsunlar”.
 

Məhərrəm Qasımov- iştirakçı: “Mən sərgidə iştirak etdim. Çox gözəl təəssürat yaradı. Bu tablonu aldım. Mən Gəncədə olan insanlara məsləhət görərdim ki, belə əl işlərini qiymətləndirsinlər. Öz evlərində istifadə eləsinlər”.

3000-dən artıq əlil qadını “Bərabər Hüquqlar- Bərabər İmkanlar” prinsipi ilə sıralarında birləşdirən "Əlil Qadınlar” Cəmiyyətinin Gəncə şəhər şöbəsi sərginin təşkilatçısıdır. 
 

Elmira İsmayılova- "Əlil Qadınlar” Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri: “Eyni zamanda bu sərgi satışda gələn insanlardan sorğü keçirək. Əlilliyi olan insanların bacarıqları, qabiliyyəti var. İstərdik ki, insanların zövqünə oxşasın və onların istədiklərini eləsinlər. Onlarda alanda həvəslə alsınlar. Bu artıq eyni zamanda onların bazarını yaradır və ələ baxımlıqdan uzaqlaşmaq”.

Sərgi iki gün davam edəcək. 

Elnur Vahidoğlu